Gürcüstan infrastruktur və regional inkişaf layihələrinə 32 milyard lari xərcləyəcək

 23:50 23.07.2021     73

Gürcüstan hökuməti qarşıdakı 10 il ərzində infrastruktur və regional inkişaf layihələrinə 32 milyard lari xərcləyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili Gürcüstanın İnfrastruktur və Regional İnkişaf Nazirliyinin yeni 10 illik inkişaf planının təqdimat mərasimində deyib.

Hökumət başçısının sözlərinə görə, bu vəsait regionlardakı infrastrukturun, yolları, körpülərin, su təchizatının yenilənməsinə xərclənəcək. Hökumət bu yolla regionların tam avropalaşmasına və modernizasiyasına nail olmağa çalışır.

Ümumilikdə isə layihə ölkənin 62 bələdiyyəsi ərazisində növbəti 10 il ərzində həyata keçiriləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967315.html