Şirvanda qəza: yaralılar var

 23:56 23.07.2021     76

Şirvan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə “köhnə şəhər” adlanan ərazidə qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan sakini, 2003-cü il təvəllüdlü Valehzadə Ümid Ülvi oğlu və digər bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/574879.html