Rusiya bu ölkələrlə də uçuşları bərpa edir

 00:52 24.07.2021     69

Rusiya 9 avqustdan etibarən Bəhreyn, Dominikan və Moldova ilə uçuşlarını bərpa edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Tatyana Qolikova deyib.

Qeyd olunub ki, sözügedən ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq uçuşların bərpası barədə qərar verilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574883.html