Bilgəh çimərliyində faciəvi hadisə - ÖLƏN VAR

 01:09 24.07.2021     67

Bakıda dənizdə bir nəfər batıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/363642.html