Prokurorluq: "29 şəxs cinayət başında yaxalanıb"

 01:32 24.07.2021     67

2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluqda fəaliyyət göstərən 161 saylı “Qaynar xətt”ə daxil olmuş müraciətlərin 34-ü üzrə cinayət işləri başlanılıb.

Publika.az xəbər verir ki, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 29 şəxs cinayət başında yaxalanıb.

Əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 60 cinayət işi başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/363657.html