Sərhəddə atışma: 3 erməni əsgər yaralandı

 01:53 24.07.2021     74

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma barədə Ermənistan MN də açıqlama yayıb.

Axar.az xəbər verir ki, bu gün 17:00-dan sonra baş verən atışmada 3 erməni əsgərin yaralandığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutduğunu açıqlayıb. Açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Fərman Telman oğlu Yaqublu şəhid olub.

MN axşam saatlarında yaydığı ikinci açıqlamada Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışmanın hazırda da davam etdiyini, Ordumuzun cavab atəşi ilə qarşı tərəfi susdurduğu bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/574895.html