Azərbaycanda əhaliyə vurulan vaksinlərin sayı 4,5 milyona çatdı

 02:00 24.07.2021     69

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 734 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 720, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 014 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 616 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 845 471 təşkil edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sehiyye/363649.html