Filippində 6,4 bal gücündə zəlzələ

 02:02 24.07.2021     67

Filippin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerin 173 km dərinliyində baş verən zəlzələnin episentri Batanqas şəhərindən 31 km qərbdə olub.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574893.html