Bu da Elməddinin Gəncədəki evi - FOTOlar

 06:33 24.07.2021     62

"Dönə bilsəm" proqramı bu dəfə aktyor Elməddin Cəfərovun Gəncədəki evində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi məcburi köçkün düşdükdən sonra yaşadığı evi nümayiş etdirib. Elməddin atası Misir bəy və anası Südabə xanımla kamera qarşısına keçib.

Elməddin bildirib ki, Göyçə mahalında dünyaya gəlib. "7 yaşımda bura gəlmişik. Bütün uşaqlığım, tələbəlik illərim bu evdə keçib. 33 ildir bu evimiz var. O vaxtlar imkanımız yox idi. Bazarda meyvə, şəpit satırdım" deyə, aktyor bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/967239.html