Türkiyədə daha 60 nəfər öldü

 03:13 24.07.2021     48

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 60 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 528 nəfər test edilib, onların 11 min 94-nün koronavirus testi pozitiv nəticə verib, 5 min 215 nəfər sağalıb.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 64 milyon 550 min 204 peyvənd tətbiq edildiyi qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/diger/363676.html