Məşhur hücumçu Türkiyə klubunda - TRANSFER

 05:50 24.07.2021     49

Türkiyə çempionatında çıxış edən “Fatih Karagümrük” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı hücumçu Əhməd Musanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musa ilə 2 illik müqavilə imzalanıb.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində “Kano Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester” klublarında çıxış edib.

Musanın son ünvanı Nigeriyanın “Kano Pillar” klubu olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/363678.html