4 erməni hərbçisinin meyiti tapıldı

 07:31 24.07.2021     58

Qarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb.

Meyitlərin qalıqları Füzuli rayonu ərazisində aşkarlanıb. Ölən hərbçilərin şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Bildirilir ki, münaqişə zonasında bu günədək ümumilikdə 1615 erməni hərbçinin cəsədi və yaxud meyitinin qalıqları tapılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/363679.html