Aİ yeniyetmələrin "Moderna" peyvəndi ilə vaksinasiyasına icazə verdi

 07:35 24.07.2021     53

Avropa Dərman Agentliyi 12-17 yaşlı yeniyetmələrin "Moderna" şirkətinin istehsal etdiyi "Spikevax" peyvəndi ilə vaksinasiyasına icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Avropa Dərman Agentliyi yeniyetmələrin "Pfizer/BioNTech" peyvəndi ilə vaksinasiyasına icazə vermişdi.

Məlumata əsasən, yeniyetmələr də standart sxmelə peyvənd olunacaqlar. Belə ki, birinci dozanın vurulmasından 4 həftə sonra ikinci doza vurulacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967322.html