Ərdoğanın bu qədər qərarlı olduğunu bilmirdim - Selvi

 08:00 24.07.2021     58

Prezident Rəcəb Tayyib Ərdoğanın sosial medianı tənzimləmək üçün bu qədər qərarlı olduğunu bilmirdim.

Axar.az xəbər verir ki, bunu Türkiyənin "Hürriyyət" qəzetinin yazarı Əbdülqədir Selvi deyib.

"Kipr gəzintisində Prezident Ərdoğanla söhbətimizdə sosial mediadakı yalan xəbərlərlə bağlı bir planının olub-olmadığı barədə sual verdim. Ərdoğan "yalan xəbər" demədi. Yalan xəbərləri "yalan terroru" adlandırdı. Bu mövzuda bir plan var. Beynəlxalq aləmdə, xüsusən də bu "yalan terroru"nda hansı addımlar atılır, hansı qaydalar, hansı sanksiyalar tətbiq olunur, müqayisəli bir araşdırma apardıq", - Selvi qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574876.html