Bu ölkədən "dinləmə" iddialarına sərt cavab

 08:15 24.07.2021     65

Bu iddiaları ortaya atanlar dəlil göstərməlidirlər.

Axar.az xəbər verir ki, bunu Mərakeş xarici işlər naziri Nasir Burita ölkəsinin İsrail firması NSO-nun "Pegasus" adlı casus proqramından istifadə edərək çox sayda yerli və xarici siyasətçiləri dinləməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"Mərakeşlə bağlı bu iddiaları irəli sürən insanlar və ya təşkilatlar məhkəmə qarşısında dəlil gətirməli, ya da böhtanların nəticələrinə qatlanmalıdır. Ədalətin rolu maddi dəlillər çərçivəsində iddiaları sübut etməkdən ibarətdir", - Burita qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574887.html