"Mançester Yunayted" istədiyi transferi gerçəkləşdirdi - 95 MİLYON AVROYA

 08:19 24.07.2021     53

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.

21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/363680.html