Köhnə çörək zavodunun həyətində yanmış meyiti tapılan kişi “bomj” imiş...

 08:28 24.07.2021     50

Şirvanda bir neçə gün əvvəl yanmış halda tapılan meyitin şəxsiyyəti məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən köhnə çörək zavodunun həyətində yanmış halda tapılan kişi meyiti 20 gün əvvəl itkin düşən Şirvan sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fikrət Sücəddin oğluna məxsus olduğu aşkarlanıb.

Qeyd edək ki, F.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/967333.html