On doqquz həftəlik hamiləlikdə nələr olur?

 08:31 24.07.2021     55

Hamiləliyin on doqquzuncu həftəsində ana bətnindəki uşaq səslərə asanlıqla reaksiya verir. On doqquzuncu həftədə uşaq yüksək səs eşitdiyi tərəfə başını döndərir. Hamiləliyin on doqquzuncu həftəsində ailə daxilində harmoniyanın olması çox vacib sayılır. Gözəl musiiyə qulaq asmaq, gülümsənənk uşağa təsir edir.
Hamiləliyin on doqquzuncu həftəsində uşaq ana bətnində gimnastik hərəkətlər edir, hıçqırır, sorucu hərəkətlər edir.
Hamiləliyin on doqquzuncu həftəsində uşağın bağırsağında mekolium yığılır. Bu uşağı əhatə edən suyun bağırsaqlarda yığılıb qalmasından əmələ gəlir. On doqquzuncu həftə uşağın dərialtı piy toxumaasının əmələ gəlməsi ilə xarakterizə olunur. Piy toxuması əvvəlcə üz, döş və böyrək bölgəsində əmələ gəlməyə başlayır. Hamilliyin on doqquzuncu hədftəsində USM müayinəsi zamanı uşağın barmaqlarının daktiloskopik hərəkətləri asanlıqla görünür.
Hamiləliyin on doqquzuncu həftəsində uşağın çəkisi 300 qram, boyunun uzunluğu isə 25 sm olur, o daha çox hərəkətlənir və başının ölçüsü 43,1 mm olur.
Uşağın ananın bağırsaqlarına təsiri bir az da artır və həzmin gedişi bir az da çətinlşdirir. Qıcqırmanın artması səbəbindən mütəxəssislər hamilə qadının qida rasionundan bəzi qadaları çıxartmaq lazım gəlir. Bu qidalara hansıların daxil olduğunu isə hamilə qadın özü seçir. Yəni, nəyi yedikdə mədəsində qıcqırma artırsa , həmin qidanı rasiondan çıxarır.
Hamiləliyin on doqquzuncu həftədində qadının əzələlərində qıcolmalar baş verə bilir. Buna səbəb əzələlərdə kalsiumun miqdarının çatışmazlığı olur. Bunun baş verməməsi üçün isə hamilə qadının tərkibində çoxlu kalsium olan qidalar qəbul edilməsi lazımdır.
Mütəxəssislər on doqquzuncu həftə hamiləlik zamanı qarının aşağı hisəsində ağrı baş verən zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Günki, bu uşaqsalma əlamətləri ola bilər.
Mütəxəssislər hamiləliyin on dopqquzuncu həftəsindən cinsi əlaqəyə girməyin qadının ümumi vəziyyətindən və istəyindən asılı olaraq tənzimləməyi məqsədə uyğun bilir. Cinsi əlaqəyə girməyə heç bir qadağa qoyulmur və bu qadının ixtiyarına verilir.
Hamiləliyin on doqquzuncu həftəsində uçağın çəkisi 500 qram olur. USM müayinəsi zamanı onun kiçik dabanları, əlləri və ovucları, dırnaqları, dərialtı təbəqəsi asanlıqla görünür.

Mill.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/962075.html