Bu ölkədə artan şiddətdən dolayı narahatıq - BMT

 08:30 24.07.2021     49

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın şimal-qərbində artan şiddətdən dolayı çox narahatdır.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Farhan Hak deyib.

"Davam edən qarşıdurma son həftələrdə bir çox qadın və uşaq da daxil olmaqla, onlarla mülki insanın ölümünə və yaralanmasına səbəb oldu. Tərəfləri mülki insanlara zərər verməmək üçün bütün tədbirləri görməyə çağırırıq", - Hak söyləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574885.html