Baydenin reyntinqi ilk dəfə 50 faizə düşüb

 08:33 24.07.2021     57

ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin bəyənilməsi reyntinqi ilk dəfə 50 faizə düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Gallup" sosial xidmətinin iyul ayında keçirdiyi sorğunun nəticələrində deyilir.

Nəticələrə əsasən, amerikalıların 45 faizi C.Baydenin ABŞ prezidenti vəzifəsindəki fəaliyyətini bəyənmir, 5 faizi isə mövqesiz qalıb. Beləliklə, ABŞ prezidentinin fəaliyyətini sorğuda iştirak edəcnlərin yalnız 50 faizi bəyənib, bu isə iyun ayında keçirilən sorğuyla müqayisədə 6 faiz daha azdır.

Qeyd edilir ki, iyul ayının reytinqində C.Baydenin dövlət başçısı olduğu dövrdə ən aşağı göstərici qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967328.html