Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

 08:43 24.07.2021     56

Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə xilasedicilərdən ibarət operativ qrup göndərilib.

Məlumata əsasən, Kalinka kəndi yaxınlığında baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur.

Qəzanın səbəbi bildirilmir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967329.html