Dərmanlara davamlı təhlükəli infeksiya yayılıb

 08:58 24.07.2021     55

ABŞ-ın Texas və Vaşinqton ştatlarında xəstəxanalardakı xəstələr arasında dərmanlara davamlı təhlükəli Candida auris göbələyinə yoluxma aşkar edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İlk dəfə Candida auris 2009-cu ildə Yaponiyada bir xəstədə aşkarlanıb, hazırda beş qitədə müəyyən edilib. 2019-cu ildə Böyük Britaniya xəstəxanalarında bu göbələk infeksiyasına yoluxma baş verib, 200 nəfər yoluxub, səkkiz xəstə ölüb.

Güman edilir ki, bu göbələk infeksiyası xəstədən xəstəyə ilk dəfə ABŞ-da ötürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967337.html