Son 50 ildə yarım milyon insan quraqlıqdan ölüb

 09:00 24.07.2021     60

Son yarım əsrdə baş verən quraqlıqlar dünya miqyasında 650 000 insanın ölümünə səbəb olub.

Bu barədə TASS BMT-nin Ümumdünya Meteoroloji Təşkilatına (WMO) istinadən xəbər yayıb.

"10 ən böyük fəlakətdən son 50 ildə ən çox ölüm quraqlıq (650 000 ölüm), fırtına (577 232 ölüm), daşqınlar (58 700 ölüm) və həddindən artıq istilər (55 736 ölüm) nəticəsində meydana gəlib", - deyə qeyd edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967336.html