"Modern Park"ın inzibatçısı da toya görə cərimələndi

 11:07 24.07.2021     53

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, tədbirlər zamanı "Modern Park" şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/967370.html