Bakı uğrunda mübarizə qızışır: Avropa İttifaqı Rusiyaya qarşı - Amerikadan ŞƏRH

 11:25 24.07.2021     48

"Moskvadakı danışıqların məhsuldar keçdiyini düşünürəm və Prezident İlham Əliyev Azərbaycanın prioritetlərinin üçtərəfli qaydada həyata keçirilməsində mərkəzi vasitəçi kimi Moskva ilə konstruktiv əməkdaşlığa marağı açıq şəkildə ifadə etdi. Lakin, qalan hissəsi Moskvanın üzərinə düşür".

Bunu Milli.Az-a açıqlamasında iyulun 20-dən Moskvada Ruisya və Azərbaycan Prezidentlərinin ikitərəfli görüşünü şərh edən amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı analitik bildirib ki, Rusiyanın planı baş tutmasa Ermənistanla sülh sazişinə mane ola bilər:

"Rəsmi Bakı ilə müxtəlif prioritet sahələrdə işləmək öhdəliyini təsdiqləyən A Birliyi rəsmilərinin son iki səfəri, Bakının artıq iqtisadi və siyasi layihələrdə Rusiyadan asılı olmadığına dair güclü bir siqnal ola bilər. Həqiqətən də, Ermənistan-Azərbaycan məsələsi bu rəsmilərlə yalnız iqtisadi və ticarət baxımından müzakirə edildiyi halda, Aİ-nin Azərbaycana iqtisadi tərəfdaş kimi marağının getdikcə artdığı və bununla da Bakının seçimlərinin artdığı açıq görünür.

Zəngəzur dəhlizi Bakı üçün əsas ticarət prioritetidir, lakin Azərbaycanın başqa yerlərdə daha çox variantı olduğu üçün bu vacib ticarət yolundan daha az asılıdır. Buna görə də Moskvanın təsir gücü azalmaqdadır. Ona görə də Rusiya mövcud məqamda vasitəçi rolundan mümkün qədər yaxşı istifadə edərək və şərtləri olsa belə, dəhlizin açılmasını asanlaşdırmaq və ya özünü potensial olaraq qəbul etdirmək məqsədilə Azərbaycanın istəyini nəzaərə almaqla öz əhəmiyyətini artıra bilər. 

Digər tərəfdən, Kreml işlərinin getməməsi halında adi təxribat yolunu da sınaya bilər. Başqa sözlə, dağıdıcı rol oynamağa və əlavə mini-böhranı asanlaşdırmağa çalışa bilər. Beləliklə Aİ və Azərbaycanın Ermənistan-Azərbaycan sülh sazişi ilə bağlı məsələləri həll etmək üçün birlikdə çalışmasını çətinləşdirə bilər.

Rusiya artıq Avropanın özündə də bunu etməyə çalışdı. Lakin Azərbaycanın tam təcrid olunması qeyri-mümkündür və bu marşrutla Rusiya öz münasibətlərinin uzunmüddətli məhv olma riski ilə üzləşir. Azərbaycan isə indiki nisbi asılılığı vəziyyətində əvvəlkindən daha sürətli çıxış yolu axtarmaq imkanına qadirdir".

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/967266.html