ABŞ Maliyyə Nazirliyindən xəbərdarlıq: Defolt təhdidi...

 11:40 24.07.2021     51

ABŞ maliyyə naziri Canet Yellen Konqresi defolt təhdidi barədə xəbərdar edib.

Axar.az xəbər verir ki, Yellen bu halda ölkə iqtisadiyyatına bərpası mümkün olmayan zərər vurulacağını bildirib. Onun sözlərinə görə, dövlət borcunun maksimal həddi 31 iyuldan sonra artırılmasa, defolt üçün şərait yarana bilər.

O, zəruri tədbirlər görülməyəcəyi təqdirdə 1 avqustda dövlət borcunun qanunvericiliklə müəyyənləşdirilmiş maksimal həddə çatacağını vurğulayıb.

“Hətta yalnız defolt təhdidi belə zamanında Amerika iqtisadiyyatına zərər vurub”, - deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574939.html