Bakı qeydiyyatında olan maşınlara yeni seriya nömrəsi verilir

 12:05 24.07.2021     47

"Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

DYP rəsmisi qeyd edib ki, ötən gündən etibarən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni "77" seriyalı şərti kodun verilməsinə başlanılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/967378.html