Vüsal Babayevin rüşvət almasıyla bağlı rəsmi açıqlama

 12:30 24.07.2021     49

2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində SHXÇDX tərəfindən yoxlamalar keçirilib, xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Bu barədə Axar.az-a SHXÇDX-dan bildirilib.

“V.Babayevin xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.

Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb.

Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”, - deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, ötən gün polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək Respublika Hərbi Prokurorluğu tərəfindən saxlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/574960.html