Rusiyada təyyarə qəzası: iki nəfər öldü - Video

 12:52 24.07.2021     53

Xabarovsk rayonunda, Kalinka aerodromu yaxınlığında yüngülmatorlu təyyarə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi göyərtədə iki nəfərin olduğunu bildirib. Hər iki şəxs – sərnişin və qadın pilot ölüb.

Tədqiqatçılar səhv idarəetmə, texniki nasazlıq və ya pis hava şəraitinin qəzaya səbəb ola biləcəyini bildiriblər.

Araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574961.html