Livan əhalisinin 70%-dən çox susuz qala bilər – BMT

 13:31 24.07.2021     55

Livan əhalisinin 70%-dən çoxu iqtisadi böhran fonunda bir və ya bir ay yarımdan sonra suya çatmaq imkanlarından məhrum ola bilər.

Axar.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun rəsmi nümayəndə Yuki Mokuo deyib. O, ölkənin su təchizat sisteminin istənilən an sıradan çıxa biləcəyini söyləyib:

“Livanda 4 milyondan çox insan, o cümlədən 1 milyon qaçqın təmiz suya təhlükəsiz giriş imkanlarını itirmək təhdidiylə üz-üzədir. UNİSEF-in dəyərləndirməsinə görə, artan iqtisadi böhran, maliyyə çatışmazlığı, yanacaq çatışmazlığı ucbatından su nasos stansiyalarının əksəriyyəti 4-6 həftə ərzində sıradan çıxacaq. Su təchizatı problemləri ilə əlaqədar qiymətlər 200% arta bilər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574963.html