Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA

 13:34 24.07.2021     52

Qırğızıstanla Tacikistan sərhədində atışma baş verib.

Publika.az Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, səhər saatlarında sərhədyanı Batken rayonunda yerli sakinlər arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində hər iki ölkənin sərhədçiləri arasında atışma qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda bölgədə danışıqlar davam edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/363711.html