UEFA “Qarabağ”ın oyununa serbləri göndərir

 13:48 24.07.2021     57

Konfrans Liqasının ikinci mərhələsinin "Aşdod" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.

Görüşü Nevak Simoviçin başçılıq etdiyi serbiyalı hakimlər briqadası idarə edəcək. Ona Nikola Coroviç və Miloş Simoviç yardım göstərəcəklər. Ehtiyat hakim Aleksandar Jivkoviçdir.

Xatırladıq ki, oyun iyulun 29-da İsraildə olacaq. Bu komandaların ilk görüşü 0:0 hesabı ilə yekunlaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/967410.html