Psixoterapevtdən ŞOK: Azərbaycanda hər 100 qızdan 90-na cadu olunur - VİDEO

 14:00 24.07.2021     47

Psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub hesab edir ki, bir çox xəstəliklər insan bədənində neqativ enerjinin yığılması hesabına baş verir. O, bir neçə seansla koronovirus və xərçəng xəstəliklərini müalicə edə, xəstənin vəziyyətini yüngülləşdirə bilir.

Publika.az-a müsahibəsində psixoterapevt qeyd edib ki, o, xəstəlikləri, bəd-nəzəri kainatdan aldığı müsbət bioenerji yolları ilə müalicə edir.

Güclü enerjiyə malik olduğunu iddia edən P.Yaqub cəmiyyətdə birmənalı qarşılaşmayacaq sensasion açıqlamalar verib. O, vurğulayıb ki, Azərbaycanda hər 100 qızdan 90-na cadu olunur.

Diqqətçəkən digər bir məqam odur ki, psixoterapevt ictimai-siyasi xadimləri də enerji müalicəsi ilə yaxşılaşdırdığını deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/363638.html