AŞPA öz məruzəçisini Bakıya göndərir

 14:09 24.07.2021     51

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və əhali komitəsinin məruzəçisi Pol Qavan Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının saytında yer alıb.

Səfər Qavanın “Ermənistan və Azərbaycan arasında konfliktin humanitar nəticələri” hesabatının bitməsi üçün nəzərdə tutulub. Qavanın Bakıda bir sıra görüşlər keçirəcəyi bildirilib.

Qeyd edək ki, Pol Qavan bu ilin mayında Ermənistanda olmuşdu. O, hesabatını sentyabra qədər təqdim etməlidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/574973.html