Mətanət İsgəndərlinin gəlini: "Övladlarımı məndən döndərdilər, oğlum onları seçdi"

 14:26 24.07.2021     47

Övladlarım mənim canım, nəfəsimdir. Onların sağlamlığı, gələcəyi və stressiz həyat yaşamaları üçün əlimdən gələni etdim və edirəm də. Bu görüntüləri dünən icrada onların məndən alınacaq qərarını və kimi seçəcəklərini gözləyərkən çəkdim. Moskvadan qayıdan gündən uşaqları götürdülər, oğlumu itə dişlədi və bunu gizlin saxladılar.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana instaqramda yazıb.

O, bildirib ki, müğənni və oğlu uşaqları özləriylə toylara aparıb bütün rejimlərini korlayıb.

“Hər birinin başlarını oyuncaqlarla döndərdilər. Mən analara müraciət edirəm, sizcə, biz qadınlar haqqımız olanı dövlətimizdən istəməliyik, yoxsa necə... Böyuk oğlum Tuncayım, mənim arxa-dayağım, hər zaman məni müdafiə edən balamı belə məndən 2 günə döndərdilər. Dedi ki, mən onları seçdim, çünki onlar mənə velosiped alacaq, məni Antalyaya aparacaq, öz otağım olacaq. Bu, mənim üçün o qədər ağır zərbə oldu, yəni bu qədərmi dünya malı dəyərlidir. Allahdan istəyirəm mənə güc versin və haqq öz yolunu tapsın”.

Canana bildirib ki, qərar tam araşdırmadan sonra veriləcək. O, sübutlar göstərməli, döyülməklərini, it dişləməsini sübut etməlidir: “Ayrılmağımızın səbəbini göstərməliyəm. İş yerim var, amma evim yoxdur”.

Qeyd edək ki, Canana və Kərimin 3 övladı var.

View this post on Instagram

A post shared by Canana&Legend Beauty (@canana_legend)

Telegram Bizi telegramda izləyin Halal Nemət

Oxşar xəbərlər

COVID

Xəbər lenti

DAHA ÇOX XƏBƏR Yuxarı © Publika.Az 2021 Bakı şəhəri, Binəqədi rayonu,
S.S.Axundov küçəsi 31/23
(+994 12) 464-61-74, 464-61-75, 464-61-76
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/363707.html