Sülhməramlılar deyir ki, atəşin günahkarı İrəvandır, səbəb isə...

 14:47 24.07.2021     53

Hökumətdəki son kadr dəyişikliklərindən sonra belə təəssürat yaranır ki, Nikol Paşinyan əsas sferalara antirusiya mövqeliləri təyin edərək, xarici siyasət kursunu dəyişir.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“O, vəzifədən rusiyayönlüləri uzaqlaşdırır və yerinə Qərb mərkəzlərindən idarə olunanları, bəzən isə düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri olanları təyin edir. Bizim hökumətin belə davranışı rusların və rusiyayönlü dairələrin diqqətindən yayınmır. Bu barədə sülhməramlılar da danışırlar. Zəngəzurda olan Rusiya sülhməramlıları yerli əhali ilə kontaktları zamanı öz narazılıqlarını gizlətmirlər. Onlar bəyan edirlər ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik məsələsində Ermənistan hökuməti günahkardır, çünki hər şeyi edir ki, Rusiyanın öz öhdəliklərini icra edə bilməmə təəssüratı yaratsın. Bunu isə Qərb qoşunlarının gətirilməsi məqsədilə edir”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/574982.html