Elzanın məhkəmə işi böyüyür: "110 min istəyirik"

 15:14 24.07.2021     53

Əməkdar artist Elza Seyidcahanın anasına məxsus olan obyekt ətrafında qalmaqal bitmir.

Milli.Az xəbər verir ki, müğənni axşam.az-a açıqlama verərək, məhkəmə qərarı ilə razılaşmadıqlarını deyib. İfaçı bildirib ki, obyekti kirayə götürmək istəyən şəxslər onu mənimsəyib və geri qaytarmır:

"Hazırda həbsxanada olan keçmiş polis əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev bizdən əl çəkmirlər. Mən Türkiyədə olanda anama məxsus obyekti kirayə götürməyə gəliblər. Anam və qızım heç bir sənəd imzalamayıb. Mən gələndə gördüm ki, yaxşı adam deyillər. O gündən obyektdən çıxmalarını istəyirik. Məhkəməyə verdik, öz obyektimizlə bağlı məhkəmə onların xeyrinə qərar çıxardı. Guya bizim məkanı təmir ediblər, onlara bunun üçün 57 min manat ödəməliyik. Obyekti təmir etmək bir yana, bizim əşyaları atıb, hər yeri dağıdıblar.

Konstitusiya Məhkəməsinə müraciət etmişik. Onlar bizdən 57 min tələb edirsə, biz də 110 min manat təzminat istəyirik. Hakimlər düzgün qərar vermir. Bizə dəyən ziyanı qabartmırıq. Ali Məhkəmə qərar çıxardı. Amma düzgün deyil.

Kirayə sənədi olmayan, şəxsi mülkümüzü bizdən alıb, dələduzlara verirlər. Bizi təhdid edirlər. Onları polisə şikayət etmişik. Anamı hədələyirlər ki, bizə 100 min pul verməlisiniz. Həmin adamlar həbsxanadadır, amma çöldə olan adamlarının əli ilə bizi hədələyirlər. Anam obyektdə yatıb-durur. Hər gün gəlib hədələyirlər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/967418.html