Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında mübarizəyə qoşulur

 15:36 24.07.2021     46

Azərbaycan gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya oyunlarında mübarizəyə qoşulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, idman gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində çıxış edir.

Qeyd edək ki, idman gimnastikası üzrə yarışlar iyulun 24-dən avqustun 3-dək davam edəcək. İdmançılar fərdi və komanda hesabında çoxnövçülükdə, eləcə də fərdi proqramda ayrı-ayrı hərəkətlərdə mübarizə aparacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/967444.html