Şəkidə qəza: 3 nəfər xəsarət alıb

 23:12 24.07.2021     75

Şəkidə minik avtomobili qəzaya uğrayıb, üç nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Oğuz avtomobil yolunun Sarıca kəndi ərazisindən keçən hissədə baş verib.

"Kia" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb. Qəzadan sonra avtomobildə olan üç nəfər Oğuz rayon sakinləri - 20 yaşlı Cavidan Mustafayev, 23 yaşlı Kənan Nəsrullayev və 29 yaşlı Qabil Allahverdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər xəstəxanasına aparılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca bölməsində araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/967497.html