İranda susuzluğa qarşı ETİRAZ: 9 nəfər öldü, 16 yaşlı iki uşaq isə...

 23:13 24.07.2021     78

İranın Xuzistan əyalətində susuzluğa qarşı etirazlar zamanı 9 nəfər həlak olub, 102 nəfər isə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, həbs edilənlər arasında 16 yaşında iki uşaq da var.

Bildirilir ki, ötən 9 gündə kütləvi etirazlara qatılan Xuzistan şəhərlərində havanın temperaturunun 48 dərəcəyə yüksəldiyi bir halda əhaliyə elektrik enerjisinin verilməsi də dayandırılıb. Əyalətdə internet tamamilə kəsilib və ya son dərəcə məhdudlaşdırılıb.

Yayılan məlumata əsasən, Susəngerd şəhərinin giriş yolları da beton maneələrlə bağlanılıb, avtomobillərin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb.

Dünən həmçinin etirazların başlandığı gündən bəri ilk dəfə olaraq, İranın birinci vitse-prezidenti İshaq Cahangir Xuzistana səfər edib.

Əvvəlcə Xuzistanın şamalında yerləşən Kərxə su bəndinə baxış keçirən Cahangiri sonra Əhvaz şəhərinə gedərək, əyalət başçıları, eləcə də bir sıra yerli tayfa başçıları ilə görüşüb. Əyalətdə yaranmış su problemini müzakirə edib.

Görüşdə Xuzistanın bir sıra ərəb tayfa başçıları hökumətin səriştəsizliyinə və onun Xuzistan əhalisinin su tələbinə laqeyd qalmasına öz etirazlarını bildiriblər.

Cihangiri ilə yanaşı İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Selaminin bölgədəki su böhranının həlli istiqamətində davam edən səyləri araşdırmaq üçün Xuzistana getdiyi bildirilib.

Digər tərəfdən, Kino Evi və Yazıçılar Birliyi kimi sənətkarlar dərnəklərinin, habelə Xumayun Şeceriyan və Hüseyn Əlizadə kimi məşhur adların laqeyd qalmadığı Xuzistandakı vəziyyətə ölkənin aparıcı sənətçilərinin reaksiyası davam edir.

Nəhayət dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi sosial media hesabından “Dinlə” başlıqlı paylaşımında ​​“Etiraz fəryadlarına güllə və həbslə cavab verilir” sözləri ilə Xuzistan hadisələrinə reaksiya verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/363745.html