İngiltərədə korona qadağalarına etiraz aksiyası keçirildi

 23:21 24.07.2021     71

İngiltərənin paytaxtı Londonda minlərlə insan şəhərin mərkəzində kütləvi aksiya keçirir.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Aksiyada nümayişçilər ölkədə koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz edib.

Məlumata görə, etirazçılar şəhər boyu yürüş edib və Baş nazir Boris Consonun iqamətgahı qarşısında piket keçiriblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575070.html