Alfa Romeo GTV və Duetto modellərini yenidən canlandıra bilər - FOTO

 23:30 24.07.2021     70

Alfa Romeo markasının yeni rəhbəri Jan-Filipp Imparato GTV və Duetto modellərini canlandırmaqda çox maraqlı olduğunu, ancaq bunun üçün müəyyən maliyyə göstəricilərini əldə etməyin vacibliyini qeyd edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, motoring nəşrinin verdiyi xəbərə görə, İtaliyada Giulia GTA və GTAm idman sedanlarının satışına başlanmasına həsr olunmuş tədbirdə çıxış edən Jan-Filipp İmparato, GTV və Duetto kimi əfsanəvi adların canlandırılmasında çox maraqlı olduğunu bildirib. Bununla belə, İmparato bu etirafı gələcək modellərin anonsu kimi qəbul etməməyə çağırıb.

Marka rəhbəri belə planları qurmazdan əvvəl, şirkətin müəyyən iqtisadi göstəriciləri əldə etməsinin vacib olduğunu bildirib. Bu, italyan markasının uğurlu gələcəyini təmin edəcək və beləliklə də, imic modellərinin buraxmasına şərait yaradacaqdır. O vaxta qədər isə, Alfa Romeo daha gəlirli sahələrə diqqət yetirmək məcburiyyətindədir.

Alfa Romeo şirkətinin bu günə olan əsas hədəfi model cərgəsinin elektrikləşdirilməsi və krossoverlər çeşidinin genişləndirilməsidir. Hazırda Stelvio modelinin təmsil olunduğu krossoverlər xəttinə yaxın zamanlarda iki yeni məhsul - Tonale və Brennero modelləri qoşulmalıdırlar.

Alfa Romeo şirkətinin GTV idman kupesi model xəttinə qaytarmaq planları barədə məlumat 2018-ci ildə peyda olsa da, təqdimatdan qısa müddət sonra layihə maliyyə səbəblərdən dondurulmuşdu. Çox güman ki, layihəni yenidən canlandırılacaqdır - bu dəfə Stellantis ittifaqının qanadı altında.

Stellantis ittifaqı uğur əldə etmək üçün yaxın 10 il ərzində bu ittifaqa daxil olan 14 markaya sərmayə qoymaq niyyətindədir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/952677.html