Şahmatçımız dünya kubokunun 1/8 finalında

 23:31 24.07.2021     70

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

Publika.az xəbər verir ki, 1/16 finalda şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorovla tay-brekdə qarşılaşıb. Rəqibini 4:2 hesabla məğlubiyyətə uğradan şahmatçımız 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, dünya kubokuna qatılan Azərbaycanın 7 şahmatçısından 6-sı (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/363747.html