Pakistan bu ölkə ilə sərhədə ordu yeritdi

 23:32 24.07.2021     76

Pakistan Silahlı Qüvvələrinin bölmələri Əfqanıstanla sərhədə yeridilib.

Axar.az xəbər verir ki, buna səbəb taliblərin ölkə ərazisinə sızmasının qarşısını almaqdır.

Pakistan daxili işlər naziri Şeyx Rəşid Əhməd deyib ki, Əfqanıstanla sərhədin gücləndirilməsi vacibdir:

“Yalnız taliblər deyil, eyni zamanda Əfqanıstan ordusu və Talibandan qaçan qaçqınlardan da ölkə ərazisini qorumalıyıq”.

Ölkənin hərbi mənbələrindən isə bildirilib ki, əgər əfqan əsgərləri hərbi əməliyyatlardan qurtulmaq üçün Pakistana keçsə, ehtimal var ki, Taliban onları təqib edəcək və konflikt Pakistan ərazisinə daşınacaq”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575071.html