“Oğlan olmayana kimi dayanmayacağıq” - 14 qız anası

 23:45 24.07.2021     69

14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.

Milli.Az gent.az-s istinadən xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir.

Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır.

Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır.

Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır.
Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb.

Həkimlər cütlüyün aktivliyindən heyrətə düşüb, onların 3 dəfə əkizləri olub.

Cütlük hələ də oğlan arzusundadırlar. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/967432.html