ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir - SƏBƏB

 23:49 24.07.2021     80

ABŞ "Agile Spirit 2021" təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana "Blek hovk" helikopterləri də gətirilir.

Qeyd edək ki, "Agile Spirit" təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək.

Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/363748.html