Sərhəddə ermənilər təlaşda: Kəndlər boşaldılır

 00:02 25.07.2021     75

Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir.

Axar.az Manset.az-a istinadən xəbər verir ki, Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb.

Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tərk edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar.

Yerli sakinlərin mediaya bildirdiyinə görə, əsasən, qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb.

"Elə yerlər var ki, kənd tamamilə boşaldı bir gecədə. Çünki, silah səsləri evimizin içində eşidilir. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür”- deyə kənd sakini bildirir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/575086.html