Türkiyə ordusu 2 şəhid verdi

 01:12 25.07.2021     82

“Fərat qalxanı” bölgəsində terrorçular tərəfindən Türkiyə ordusuna hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücum nəticəsində 2 türk hərbçisi şəhid olub, 2-si isə yaralanıb. Dərhal terrorçuların mövqeyi müəyyənləşdirilərək atəş açılıb və hədəflər dəqiqliklə vurulub”, - məlumatda bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575092.html