Tokio-2020: Bu gün daha 4 idmançımız mübarizəyə qoşulacaq

 01:41 25.07.2021     69

Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

Publika.az xəbər verir ki, stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova qüvvəsini sınayacaq.

Yarışın ikinci günündə Azərbaycanın bir boksçusu rinqə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan Cavid Çələbiyev ilk görüşünü keçirəcək.

Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq.

Tokio-2020

25 iyul

Stend atıcılığı

05:00. Təsnifat. Emin Cəfərov

İdman gimnastikası

05:00. Təsnifat. Marina Nekrasova

Boks

63 kq

08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

Cüdo

66 kq

06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan)

Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 10 idmançıdan 8-i olimpiada ilə vidalaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/363753.html