Ucarda avtomobil dərəyə düşdü

 02:00 25.07.2021     72

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bəbəyin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/575096.html